Qlobal Bakı Forumu regionu narahat edən ciddi məsələlərin həlli yollaranın tapılmasına dəstək olmalıdır

“Həyatda qalmaq istəyiriksə, birgə çalışmalıyıq”. Bu fikiri Latviyanın keçmiş prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda keçirilən X Qlobal Bakı Forumunda çıxışı zamanı deyib. Əslində çalxalanan, sülh və müharibə dilleması qarşısında qalan indiki anların ən ciddi məqamına Latviyanın sabiq prezidenti nəzər salıb.

Dünyanın məhvərindən çıxdığı, xeyirlə şərin mübarizəsinin getdiyi indiki məqamda “Həyatda qalmaq istəyiriksə, birgə çalışmalıyıq” fikri gerçəkdən əhəmiyyətlidir. Bu tezis üzərində düşünməyə dəyər.

Yaşadığımız mürəkkəb dövrdə müharibələr, erməni terrorizminin kökünün kəsilməməsi, sabitliyə və dünyanın gələcəyinə nüvə təhdidləri, bəzi dövlətlərin imperiya iddiaları, digər problemlər müzakirə və çıxış yolları tapılmasını tələb edir. Müsbət haldır ki, məhz Azərbaycanın ev sahibliyi və dəstəyi ilə keçirilən Qlobal Bakı Forumunda bu məsələr ətrafinda müzakirələr aparılır. Əhatə dairəsi kifayət qədər geniş olan belə mötəbər toplantıda problemlər yalnız səsləndirilməklə forum işini bitmiş hesab etməməlidir. Ən vacibi odur ki, dünyanı və regionu narahat edən ciddi məsələlərin həlli ilə bağlı təkliflər, birgə əməkdaşlıq haqqında fikirlər səslənəcəyinə ümid edirik.

Digər tərəfdən Cənubi Qafqazda gedən proseslərlə, Ermənistanın qeyri-konstruktiv mövqeyi, sülhə əngəl olan Rusiyanın çox konfiqurasiyalı siyasəti ilə bağlı fikir aydınlığının ortalığa çıxacağına inanmaq olar. Nəhayət Qlobal Bakı Forumu regionu narahat edən ciddi məsələlərin həlli yollaranın tapılmasına dəstək olmalıdır

Əkrəm Bəydəmirli