Qobuda şagirdə hücum edən çoban iti olub? - VİDEO

Qobu qəsəbəsində sahibsiz itlərin hücum etdiyi azyaşlının qohumları və qonşular Baku TV-yə hadisənin təfərrüatını danışıblar.

Qonşular sözügedən ərazidə sahibsiz itlərin sayının çox olduğunu deyiblər.

Çəkiliş zamanı qonşulardan biri uşağı çobanın itinin dişlədiyini iddia edib. Lakin çoban bununla razılaşmayıb və söyləyib ki, azyaşlıya küçə itləri hücum edib.

“Qobu Park-3”ün nəzarətçisi Məhəddin Mirzəliyev isə sahibsiz itlərin yaratdığı təhlükə ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət edildiyini bildirib:

“Burada küçə itlərinin sayı çoxdur. Bir neçə dəfə belə hal baş verib. Valideynlərə də, uşaqlara da təhlükə ilə bağlı xəbərdarlıq edirik”.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik: