Qobustan Mərkəzi Xəstəxanasına direktor TƏYİN EDİLDİ

Qobustan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib.

Sabahinfo.az xəbər verir ki, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə bu vəzifə İmran Qurbanova həvalə olunub.

Bu gün TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov onu kollektivə təqdim edib.

Qeyd edək ki, İ. Qurbanov 2021-ci ildən hazırkı təyinatınadək TƏBİB-in Koordinasiya şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışıb.