Qondarma rejimin “polisləri” Qarabağı tam şəkildə tərk etdi - VİDEO

Azərbaycanın Qarabağ bölgəsindəki qondarma rejimin “daxili işlər nazirliyinin polisləri” silahlarının hamısını Xankəndidə qoyaraq Qarabağı tam şəkildə tərk ediblər.

Sabahinfo.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşım edilib.

Qeyd edək ki, separatçıların "rəhbəri" Samvel Şahramanyan ötən gün Azərbaycanın Qarabağ bölgəsindəki qondarma qurum özünü buraxdığını elan edib.