Qorxulu iddia - İŞİD dini soyqırım planlaşdırır!

Bir müddət əvvəl İraqın Rakka və Mosul vilayətlərində İŞİD düşərgələrini gəzib kitab yazan alman yazar Yurgen Todenhöfer İŞİD-in qorxunc planını izah edib. O, İŞİD-in dini soyqırım planlaşdırdığını bildirib. 


Todenhöfer "Stern” jurnalına verdiyi reportajda hətta bildirib  ki, kitabı yazmaq üçün getdiyi İŞİD-lə görüşdə ölümü də gözə alıb. Onun sözlərinə görə, oğlu ilə birlikdə dörd zəhərli dərman götürüb ki, İŞİD əsir götürərsə, özünü öldürsün. 


O, İŞİD-in dini təmizlik hərəkətləri etməyi planlaşdırdığını bildirib və bunun narahatlıq doğurduğunu vurğulayıb: "Onlar soyqırım aktı planlayırlar. İndiyə qədər insanlıq tarixində edilənləri kölgədə qoyacaq dini təmizlik hərəkəti planlaşdırırlar”.


Onun sözlərinə görə, İŞİD-in bir çox başkəsmə hadisəsində cəllad olaraq xatırlanan "cihadçı Jon”la da rastlaşıb: "Onunla mübahisələrimiz oldu. Onlar üçün biz qanlı düşmənik”. 


Todenhöfer etdiyi gəzinti zamanı əvvəllər moizə oxuyan, vaizlik edən şəxsin orada hakimlik etdiyini də görüb: "Əvvəlki hakim dünya qanunlarını Allahın qanunlarından üstün tutduğu üçün edam edilmişdi”.(musavat.com)