8 Noyabr – Zəfər Günü münasibətilə Qubada silsilə tədbirlər keçirilib.Bu möhtəşəm bayram münasibətilə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri ilə birlikdə tədbirlərdə iştirak etdim.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin adını daşıyan Mədəniyyət və İstirahət parkında Ümummilli Liderin abidəsini və Şəhidlər xiyabanını ziyarət etdik. Ardınca Zəfər Günü münasibətilə təşkil olunan ağacəkmə aksiyasında iştirak etdik.
Axşam saatlarında isə Nizami adına Mədəniyyət və İstirahət parkında təşkil olunan Zəfər Günü konsertində xalqımızın qələbə ruhu, birliyi və qüruru bir daha nümayiş etdirildi. Dövlət Himnimiz səsləndirildi, şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olundu.
44 günlük Vətən müharibəsində canı və qanı bahasına bu Zəfəri bizə yaşadan bütün qəhrəmanlarımızın ruhu qarşısında baş əyirəm!
Müsfiq Məmmədli
Milli Məclisin deputatı