Qubaya icra başçısı təyin edilən İlqar Mahmudov kimdir? - DOSYE

Prezident İlham Əliyev İlqar Akif oğlu Mahmudovun Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi barədə Sərəncam imzalayıb.

Sabahinfo.az xəbər verir ki, İlqar Mahmudov bu təyinatadək Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Daxili Nəzarət Şöbəsinin müdiri işləyib.

Bir müddət Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdindəki Bakı Humanitar Kollecin direktoru vəzifəsində çalışıb./trend