Qüdrət Həsənquliyev: “Diaspora Komitəsi qapanıb, dar kluba çevrilib”-MÜSAHİBƏ

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev SABAHİNFO.AZ saytına müsahibə verib. Müsahibəmiz Novruz Bayramı ərəfəsinə təsadüf etdiyindən Qüdrət Həsənquliyevin bayramla bağlı fikirlərini öyrənməyə çalışdıq.

-Qüdrət bəy öncə sizi Novruz Bayramı münasibəti ilə təbrik edirəm. Bu bayramla bağlı fikirlərinizi bilmək maraqlı olardı...

-Novruz bayramı bütün bayramlarımızın içində ən sevimlisidir. O baxımdan ki, bizim uşaqlıq xatirələrimiz bu bayramla çox bağlıdır. Xüsusən də kənd yerlərində Novruz bayramı xüsusi təmtəraqla keçirilir. Ocaq qalamaq, papaq atmaq və digər imkanlar kəndlərdə daha geniş olduğundan hələ çərşənbələrdən bayrama hazırlıq işləri görülür. Uşaqlar ocaq qalamaq üçün odun, taxta parçaları tapır, papaq atmaq üçün planlar qurur, yumurta döyüşdürmək yarışı təşkil edilir... Mən də bu bayramın fəal iştirakçılarından olmuşam. Novruz adət-ənənələri işində ən çox bəyəndiyim adət-ənənə yumurta döyüşdürməkdir. Bu yarışlarda udduğum-uduzduğum məqamlar olub. Bizdə (Ordubad rayonunu nəzərdə tutur)bayram martın 21-ilə məhdudlaşmırdı. Bayram vaxtı eləcədə ayın 22-də kənddə gənclər bir ya iki alma götürüb gedərdilər ağsaqalalrın görüşünə. Bu görüşlər olduqca əhəmiyyətli idi. Həm böyüklərə ehtiram, onlara hörmət, həm də onlardan bir sıra məqamları öyrənmək baxımdan bu ənənənin xüsusi rolu var.

Novruz bayramının digər ənənəsi papaqatmaq məsələsinə gəlincə hər zaman papaqatmaqdan çəkinmişəm. Çox bəyənsəm də özüm bunu etməmişəm. Bizlərdə belə ənənə var idi ki. kimin papağına yumurta qoyulmasa bayram hədiyyəsi sayılmırdı.

-Sizə papaq atırlarmı?

-Bakı da bu imkanlar məhduddur. Ancaq olur. Bəli bizə papaq atırlar və hər papağa da hədiyyə qoyuruq. Qapımızı kim çalırsa əliboş yola salmırıq.

-Yumurta döyüşündən danışdıq. Bu yarışa xüsusi önəm verdiyinizi bildirdiniz. Ancaq etiraf edək ki, yumurta döyüşündə də bəzi hallarda siyasət meydana girir. Siz bu yollara əl atmısınız?

-Mən həyatı boyu heç zaman yarışlara siyasi yöndə baxmamışam. Yəni, yarışdır. Bu yarışa çıxırıq. Kimin haqqıdırsa o qazanmalıdır. Düzdür bəzi hallarda gözə görünməyən hadisələr, dediyiniz kimi siyasət meydana girir. Mən heç zaman bu üsullara əl atmamışam. Yadıma gəlir yumurta yarışında uşaqlar yumurtanı sındırıb içini bərk məhlulla doldururdular və ya nəsə başqa əməllər edirdilər. Mən isə dədə-baba yolu ilə yumurtanı dişimə vurmaqla bərkliyinə əmin olub yarışa qatılırdım.

-SSRİ dövründə bu bayramın keçirilməsinə müəyyən qadağalar qoyulmuşdu....

-Düzünü deyim ki, uşaqlıq illərdimdən o məhdudiyyəti hiss etməmişəm. Məhərrəmlik ayında şaxsey edirdilər. Onunla bağlı qadağalar var idi. Ancaq bu qadağalarla mərasimlərin qarşısını almaq olmurdu. Kəndimiz Əlincə çayının qırağındadır. O zaman kənd camaatı qadağalara baxmayaraq dağlara yaxın yerlərdə mərasimləri keçirirdilər.

SSRİ dağılandan sonra qonşu kəndlərdə bu mərasimlər daha geniş şəkildə keçirilirdi. Orda müəyyən döyüş səhnələri təsvir edirdilər. Biz də təpənin döşündə o yarışları izləyirdik. Qonşu Bələndiyar kəndində insanlar başlarını vururdular. Qan çıxarırdılar....

-Şükür ki, indi qan çıxarmaq qan vermə aksiyası ilə əvəz olunub...

-Qan çıxarmağı qətiyyən qəbul etmək olmaz. İndi yaxşı haldır ki, hamı gedib qan verir. Bu aksiyanın təşkil olunmasında Dövlətin din siyasətini, Qafqaz Müsəlmanları İdarəsinin rolunu xüsusi qeyd etmək lazımdır. İnsanlarla aparılan iş və inzibati tədbirlərin görülməsi ilə baş yarmaq artıq sıradan çıxır.

-Bayram partiya səviyyəsində necə qeyd olunur?

-Pandemiya ilə əlaqədar evdən çalışırlar. Partiya Aparatının işçiləri ZOOM proqramı vasitəsi ilə müşavirələrini keçirirlər. İşlərimiz gedir. Bayrama gəlincə hər yerdə olduğu kimi bizdə də bayramla əlaqəli onlayn formada görüşlər keçirilib. Ümumilikdə son zamanlar virusun yayılmasında artım olmasını nəzərə alıb insanlara tövsiyyələrimiz var. Tövsiyyə edirik ki, bayram günlərində yaxınların, ağsaqalların görüşünə gedirdilər. Bu görüşlər olmasın. Virusun daşıyıcıları özləri də bilmədən bəzən ən yaxın adamını belə vuris qurbanına çevrirə bilər. Bu üzdən mümkün qədər gediş-gəliş, qonaq qəbul eləmək ənənələri təxirə salınmalıdır.

-Bayramın özəlliklərindən biri də od üstündən adlamaqdır. Və od üstündən adlayan ürəyində bir arzu tutur. Sizin arzularınız nədən ibarətdir?

-Azərbaycan xalqı üçün ən böyük arzu Qarabağın işğaldan azad olunması idi. Şükür ki, dövlət başçısı İlham Əliyev və Müzəffər Azərbaycan Ordusu bu arzumuzu reallaşdırdı. Artıq Azərbaycan bayrağı Şuşada dalğalanır. Digər arzulara gəlincə mən arzu edirəm ki, yaradan insaları ruzi ilə sınağa çəkməsin. İnsanlar normal qidalana bilsinlər, insan kimi normal yaşaya bilsinlər. Ölkəmizdə sabitlik olsun. Problemləri qarşılıqlı anlaşma yolu ilə həll edək. Ölkəmizdə görüləsi çox işlər var. İqtisadi, siyasi sahədə.... Xalq olaraq qarşımızda daha böyük problemlər durur. Bu Azərbaycanın mənəvi bütövlüyüdür. Hansı ölkədə yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı bir yumruq altında sıx birləşməlidir. Biz müharibə dövründə bunun şahidi olduq. Bu birliyi qoruyub saxlamaq, daha da inkişaf etdirmək lazımdır. Bu birliyə ciddi ehtiyac var.

-Keçmiş deputat həmkarınız Fuad Muradov Diaspora Komitəsinə rəhbərlik edəndən sonra dediyiniz birliyin formalaşmasında hər hansı irəliləyişlər olubmu?

-Fuad Muradovun işi ilə tam razı deyiləm. Bu yaxınlarda ABŞ-dan cənubi azərbaycanılılar gəlmişdi. İki dəfə əlaqə saxladım ki, onları qəbul etsin. Ancaq onları orada heç kim qəbul eləmədi. İndi mən bir deputat belə xahiş edirəm və xahişim yerinə yetirilmirsə görün sadə vətəndaşlarımız nə əziyyət çəkir. Komitə qapanıb, dar kluba çevrilib. Fuad Muradovun imkanları var idi ki, ora bir yenilik gətirə bilsin. Ancaq bunu edə bilmədi. Səmimi etiraf edək ki, o, Nazim İbrahimovun atasına rəhmət oxutdurur.

-Müşahidələr onu deməyə əsas verir ki, ümumilikdə yeni gələnlər sələflərinin atasına rəhmət oxutdurur...

-Xeyr. Elə məmurlar var ki, fəaliyyətləri ilə cəmiyyətdə müsbət imic yarada biliblər. Misal üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri gəldi. İşini qurdu. İndi bu sahədə ciddi problemlər nəzərə çarpmır.

-Bildiyim qədər işğaldan azad olunan ərazilərə səfər etməmisiniz. İlk səfər etmək istədiyiniz hansı rayondur?

-Mən işğaldan azad olunan heç bir rayonda olmamışam. Şuşanı gəzmək istəyirəm. Bir jurnalist dostum var, o mənə Kəlbəcəri elə tərif edib ki, fikrim var ki, Kəlbəcəri görüm. Hətta imkan olsa orada yaşamaq üçün ev tikmək istəyərəm. Nəsə Kəlbəcərə daha çox bağlılıq hiss edirəm.

-Uzun tətil günlərini necə keçirəcəksiniz?

-Pandemiyaya görə qapalı günlər olacaq. Novruz bayramını evdə qeyd edəcəyik. Bakı şəhərində olacağam. Mən yaxınlarıma da tövsiyə etmişəm ki, nə qonaq qəbul etməyin, nə qonaq getməyin.

-Asudə vaxtınızı necə keçirirsiniz?

-Futbol oyunlarını izləməyi sevirəm. Çempionlar liqasının əksər oyunlarını izləyirəm. Uşaqlıq illərindən Neftçinin daha sonra isə Qarabağın azərkeşliyini etmişəm. Azərbaycan çempionatının oyunları elədə maraqlı olmur deyə milli çempionatımızın oyunlarını uzləmirəm. Ancaq “Qarabağ”ın Avropa kubokunda olan əksər oyunlarını izləmişəm.

-Xüsusi azərkeşliş etdiyiniz klub varmı?

-“Bavariya”, “Barselona”nın oyunlarını izləyirəm. Özüm də universitetin yığma komandasında futbol oynamışam. Milli Məclisin futbol komandasında iştirak edirəm. İndi müntəzəm futbol oynamasam da bu idman növünə xüsusi marağım var. Artıq 57 yaşım var. Yaş da öz işini görür..

-Digər hansı idman növləri ilə məşğul olmusunuz?

- Hərdən Fazil bəylə (Millət vəkili Fazil Qəzənfəroğlunu nəzərdə tutur)şahmat oynayırıq. Şahmat oynayanda həmin vaxt beyin digər problemlərdən, qayğılardan azad olur.

-Fazil bəyi özünüzə ciddi rəqib kimi görürsünüzmü?

-O hər zaman özünü tərif edir. Bəzi hallarda həqiqəti təhrif edir. Oyunlarımız gərgin keçir. Biz çox hallarda o, bir çox hallarda mən qalib oluram. Ancaq reallıqda mən onu daha çox uduram. Siz indi bu sualı Fazil bəyə unvanlasanız o özünü qalib ruhda qələbə verəcək. Mənə dəfələrlə uduzduğunu qəbul etməyəcək. Belə deyim. Ümumi hesabda 2:1 mən öndəyəm.

-Silahdan istifadə edirsinizmi?

-Özümün silahım var. Ovçular Klubunun üzvüyəm. Ancaq heç vaxt canlı heyvana atəş açmamışam. Hərdən olur ki, rayonlara gedəndə sakit yerdə hədəfə atəş açıram. Heç zaman canlı heyvana atəş açmamışam. Düşünürəm ki, biz cəmiyyətdə canlı heyvana atəş açmamaqla bağlı maarifləndirmə işi aparmalıyıq ki, insanlar heyvanları öldürməkdən çəkinsinlər.

-Kitab yazmaq yönündə fikriniz varmı?

-Dünyada siyasətçilər öz memuarlarını yazırlar. Bu memuarları sonradan kitab halına salırlar. Mən düşünürəm ki, siyasi mövzuda, elmi araşdırma aparmaqlar və.s vu praktik siyasətçilərdən çox siyasətşünasların işi olmalıdır. Siyasətçilər daha çox siyasətdən çəkiləndən sonra öz memuarlarını yazmalıdırlar. O zaman eks prezident Heydər Əliyev və Əbülfəz Eyçibəy öz memuarlarını yazmaqla bağlı sual edəndə onlar bu yöndə iş aparmadıqlarını bəyan etdilər. Düşünürəm ki, onlar öz memuarlarını cəmiyyətə təqdim etsəydilər çox yaxşı olardı. Ancaq ümumən Azərbaycan reallıqları da var. Bəlkə də bu üzdən eks-prezidentlər öz memuarlarını yazmaq yönündə düşünməyiblər. Mənə gəlincə tələbəçiliyimdən siyasətin işçində olmuşam. Orada yaxın dostların səhvləri olub. Bunun bir çoxunu cəmiyyət bilir. Ancaq bildiyindən çoxunu da bilmir. Bunlar heç yerdə deyilməyib, bu yöndə danışılmayıb...

-Hər zaman xoş ovqatdagörünürsünüz? Qüdər Həsənquliyevi əsəbləşdirən amillər hansılardır.

-İnsanların nankorluğunu görəndə mənə pis təsir edir. Siyasətçi gərək emosialarını cilovlaya, əsəbinə hakim ola bilsin. Biz də daşdan deyilik. Sosial varlıq olmaqla yanaşı bioloji varlığıq. Mən də əsəbləşirəm. Çalışıram ki, əsəblərimə o şəraiti yaratmayam ki, davranışlarıma təsir etsin. Mən insanlara şans verilməsinin tərəfdarıyam. Olub ki, böyük yaxşılqılar etdiyim insanalardan pislik görmüşəm. Bir dostum var idi. O, mənə deyirdi ki, insana köməklik edirsənsə düşünmə ki, o insan münasibətdə düz ola bilər. O təminat deyil. Mən insanlara şans verməklə yanaşı ehtiyacı olan vətəndaşlarımızın problemlərinə dəstək olmağı xoşlayıram. Bilirsiniz kiş. Deputatın yükü var. Bəzi hallarda elə müraciətlərlə qarşılaşırsan ki. o müraciətləri aradan qaldırmaq üçün maddi təminat lazımdır. Ancaq bizim elə büdcəmiz yoxdur ki. o problemləri həll edək. Belə olanda dostlara, özümə yaxın bildiyim insanlara ağız açıram. Şükür ki. bu zamana kimi çox müraciətlərin həllinə nail olmuşam. Ümumən həyatda böyüşməyi bacaran, insanlara kömək etməkdən mənəvi güc almışam. Bir insana kömək edəndə özümü o qədər rahat hiss edirəm ki, bunu ətrafımdakılar da hiss edir. Bu arada mən sizin saytın vasitəsi ilə ASAN Xidmətin rəhbərliyinə minnətdarlığımı bildirmək istəyirəm. Demək Vətən Müharibəsi zamanı kəndimizdən olan bir gənc soyurlarda hər iki böyrəyini itirib. Mövcud qanunvericiliyə görə onun qazi kimi müalicəsi mümkün deyil. Mən ASANXidmət rəhbərliyinə müraciət etdim. Ülvi Mehdiyev məsələyə çox operativ yanaşdı. Asan Xidmətin əməkdaşları öz əmək haqqlarından toplayıb xüyirxah iş gördülər. Biz cəmiyyətdə xeyirxahlığı təbliğ etməliyik. Bu cür xeyirxah addımlar cəmiyyətimizin daha da inkişafını təmin edəcək.

Ədil Ədilzadə

SABAHİNFO.AZ saytının parlament müxbiri