Qüdrət Həsənquliyev: “Paşinyan ikili oyun oynayır”-MÜSAHİBƏ

Milli Məclisin deputatı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev SABAHİNFO.AZ saytına müsahibə verib. O, müsahibəsində son günlər ermənilər tərəfindən törədilən təxribatlardan danışıb. Müsahibəni təqdim edirik.

- Qüdrət bəy, ötən günlərdə ermənilərin törətdiyi təxribat nəticəsində Azərbaycan ordusu 7 şəhid verdi yaralılarımız var və eyni zamanda düşmən də layiqli cavabını aldı. Son zamanlarda hətta dünənləri də məlumat yayılıb ki, Tovuz istiqamətində atəşkəs pozulubdu. Bu atəşkəsin pozulması nə ilə əlaqədardır?

- Ermənistanda bizim 44 günlük qələbədən sonra ciddi hərbi siyasi böhran yaşanır. Müdafiə Nazirinin dəyişməsi Baş Qərərgah rəisinin həbsə atılması və sairə bunun sübutudur. O da yaddan çıxmayıb ki, Ermənistanda yüksək rütbəli hərbiçilər Paşinyanın əleyhinə bəyanat verib. Hətta Paşinyan o dövrdə bunu ölkədə çevrilişə cəhd adlandırmışdı. Sonra da müəyyən güzəştə getdi, müəyyən adamlar haqqında cinayət işi qaldırıldı. Amma faktiki surətdə Paşinyan orduya ciddi nəzarət edə bilmir. Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, Ermənistanda əhalinin böyük bir hissəsi Paşinyanı müdafiə edir. Bir çoxları Paşinyan siyasəti nəticəsində bir daha müharibə olmayacağı qənaitinə gəlib. Köçəryan banditin dəstəsi də bir yandan Paşinyana təzyiq edir. Onu satqın kimi dəyərləndirirlər. Sanki bunlar hakimiyyətə gəlsə vəziyyəti dəyişəcəklər. Cəbhədə baş verən son hadisələrə gəlincə mən inanmıram ki, Paşinyan bu məsələlərdə maraqlı şəxs olsun. Paşinyan bilir ki, onun ordusu Azərbaycanın qarşısında dayan bilməyəcək. Anti-Paşinyan qüvvələr belə bir təxribatlar törədirlər. Hətta onlar çox istəyələr ki, Azərbaycan məsələn sərhəddə dayanmasın, Ermənistanın hansısa bir yaşayış məntəqəsini işğal etsin, tutsun ki, ondan sonra həm daxildə vəziyyət qatışsın, həm beynəlxalq birlik Azərbaycanın üzərinə gəlsin. Onlar bilirlər ki, işğal faktı olacağı təqdirdə dünya birliyi Azərbaycanın üzərinə gələcək. Baxmayaraq ki, onlar 30 il bizim torpaqları işğal altında saxladılar heç kim onlara güldən artıq söz demədi. Bütün bunların fonunda son hadisələri reranşist qüvvələrin təxribatı kimi də dəyərləndirmək olar. Paşinyan da ola bilsin ki, hansısa məsələlərə məqsədyönlü şəkildə göz yumur. Yəni 1 il ərzində onun orduda ciddi dəyişikliklər eləmək imkanı var idi. Amma o da bu prosesi yubadır. Baxmayaraq, bilir ki, xalq sülh istəyir. Bir tərəfdən erməni tülkülüyü də revanşistlərdə Paşinyanı sıxır. Bu məsələdə Rusiya faktorunu da nəzərdən qaçırmaq lazım deyil. Rusiyanın öz daxilində də açıq söyləyirəm, müəyyən qüvvələr var ki, onlar da bu qarşıdurmanın davam etməsində maraqlıdırlar. Rusiyanın tərkibində ermənipərəst qüvvələr var həm də ümumiyyətlə bu cür düşünənlər var ki, bölgədə nə qədər sabitlik olmasa, bu Rusiyanın xeyrinədir, o halda Rusiyanın içərisindəki milli respublikalarda öz müqəddəratını təyin etmə məsələsi gündəmdən çıxacaq, mərkəzdən qaçma meyilləri azalacaq, görəcəklər ki, bax, müstəqillik əldə etmiş respublikalar görün hansı faciələrlə, hansı problemlərlə üzləşiblər. Biz rahat həyat yaşayırıq, ona görə də yəni bundan çəkinəcəklər. Bu cür düşünənlər də var çox təəssüf ki, ona görə də buna altdan-aldan dediym kimi bu həm revanşistləri qızışdırırlar, həm də dediyim kimi ola bilsin ki, hətta Paşinyanın özünə də müəyyən ümidlər verirlər ki, bu addımı at.

- Beynəlxalq gözlənilir bu məsələdə. İndi Rusiyanın adını çəkdi, Rusiyayla yanaşı digər beynəlxalq gözlənilən rolu olarmı bu məsələdə, sabitliyin pozulmasında.

- Onlar görürlər ki, Azərbaycan təzyiq edir ki, 10 noyabr sazişi icra olunmalıdır. Azərbaycan bunu həm Rusiyadan tələb edir, əks halda Rusiya dediyim kimi öz qoşunlarını Dağlıq Qarabağdan çıxartmalıdır və deməlidir ki, müqavilə icra olunmadığı üçün artıq belə bir saziş qüvvədən düşdü. Rusiya da öz növbəsində bunu elan edib çıxmalıdı, ya da Rusiyanın borcudur ki, sülhməramlı qüvvə yeritmiş bir ölkə kimi Ermənistandan tələb etməlidir ki, yol açılsın. Orda da qeyd olunub ki, ermənilər istəyirlər Zəngəzur dəhlizinin o başında, bu başında gömrük, sərhəd xidməti qoysunlar. Amma Laçın dəhlizinə bərabər hüquqlu bir dəhliz yaradılmalıdır. Orda da maneəsiz gediş-gəliş olacaq. Necə ki, ermənilər Xankəndinə maneəsiz gedib-gəlirlər, elə burda da biz Naxçıvana maneəsiz gedib-gəlməliyik. Amma Paşinyan da buna getmək istəmir. Burda da erməni tülkülüyü var, o çoxtərəfli oynayır. Həm Ermənistanın daxilindəki revanşist qüvvələrdən faydalanmaq istəyir, həm Qərbdən. Qərbə xoş gəlmək istəyir. İran çox maraqlıdır dəhlizin açılmamasında. Rusiyanın dairəsindəki müəyyən qüvvələrə xoş gəlmək istəyir, həm də ki, düşmən dövlətin başçısıdır da. İstəyir ki, Azərbaycan üçün əlverişsiz bir şərait yaransın.

- Bəs mövcud vəziyyət nə vaxta kimi davam edəcək?

- Atəşkəsin pozulmasından öncə də bəyan eləmişdim ki, Azərbaycan dövləti Ermənistanın təzyiqinin yollarını bilir və Ermənistana təzyiqlər artırılmalıdır. Bunun başqa yolu yoxdur. Ermənistan əmin olmalıdır ki, Azərbaycanın ərazi bütövlüyünü tanımayacaqsa, Azərbaycanla sülh sazişi imzalamayacaqsa, bu bölgədə müstəqil erməni dövlətindən söhbət getməyəcək. Və onlar indiki kimi onun bunun əlində bir alət olacaqlar, ya da ki, baş tutmamış bir ölkə olara qalacaq. Hansı ki, bir çox ekspertlər onları artıq dövlətdən çox terror təşkilatına bənzədir.

- Hadisələrin xronologiyasına baxanda Türkiyədə keçirilən türkdilli ölkələrin dövlət biliyindən sonra bu proseslər baş verdi. Belə bir birliyin elan olunması bu prosesləri daha da sürətləndirirmi?

- Türk Birliyi, həm Rusiyadakı müəyyən şovinist, həm imperalist dairələri, Ermənistanın özündəki revanşistləri xeyli qıcıqlandırdı. Hətta Qərb dairələrinin də xoşuna gəlmədi. Bütün bunların hamısının təsiri nəticəsində atəşkəs pozuldu. Burada əsas fakt odur ki, Azərbaycan qətiyyətlə tələb edir ki, 10 noyabr sazişini yerinə yetirməlidir, ikinci fakt ondan ibarətdir ki, Türk dövlətlər təşkilatının yaranması da Türk xalqları əleyhinə olan ünsürləri, elementləri xeyli dərəcədə qıcıqlandırdı, hərəkətə gətirdi.

 

Ədil Ədilzadə