Qurtuluş MİSSİYASI 

Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür.
İyunun 15 – i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə müassir Azərbaycan tarixində müstəsna rolu olan Ulu Öndər Heydər Əliyevdir ki, Azərbaycan tarixinin qızıl dövrü onun adı ilə bağlıdır. O, xalqımızın tarixinə gördüyü işlərlə böyük qurucu şəxsiyyət və Azərbaycanın xilaskarı kimi düşmüşdür.
Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında, möhkəmlənməsində , inkişafında müstəsna rolu olan daim xalqına arxalanan və xalqına arxa dayaq olan Ümummilli lider Heydər Əliyev 1993 – cü il 15 iyun Azərbaycan Respublikasının Ali Sovetinin sədri seçildi . Bununla da Azərbaycanın ən yeni tarixində növbəti və bu günə qədər davam eden uğurlu mərhələsi başladı. 1997 –ci il iyun ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə 15 İyun Milli Qurtuluş Günü kimi bayram elan edildi. Hər il 15 iyun dövlət səviyəsində bayram kimi qeyd edilir və Ulu Öndər Heydər Əliyevin məzarı ziyarət edilir.
Azərbaycanın Qurtuluşunu qızıl həriflərlə tarixə yazan ULU Öndərimizi böyuk fəxr hissi ilə anır ona Allahdan rehmət diləyirik!

Leyla Allahverdiyeva
SABAHİNFO.AZ saytının xüsusi müxbiri