Radikal müxalifət erkən seçkilərdən niyə qorxur?

“Prezident cınab İlham Əliyev 2024-cü ilin 7 fevral tarixində növbədənkənar prezident seçkilərinin keçirilməsi haqda sərəncamına ilk etirazın AXCP sədri Əli Kərimli tərəfindən gəlməsi heç kəsdə şübhə doğurmadı. Sosial bazadan, komandadan məhrum olan, “bir sədr, bir papkadan” ibarət AXCP guya vaxtında keçiriləcək prezident seçkilərində iştiraka hazırdır? Bu gün radikal müxalifət hətta bələdiyyə seçkilərində iştirak etmək gücündə deyil. “Bu hakimiyyət Qarabağı alsa, qulağımı kəsərəm” düşüncəsində olan radikallar sosial dayaqlarını çoxdan itiriblər. İndi onlar strateji hədəflər uğurunda deyil, merkantil maraqlar üçün çabalar göstəririlər”.

Bunu SİA-ya açıqlamasında politoloq Ramiz Alıyev bildirib.

Onun sözlərinə görə, 7 fevral 2024-cü ildə prezident seçkilərinin keçirilməsi barədə qərar radikal müxalifət, xüsusilə də, Milli Şura və onun əsas qüvvəsi olan AXCP-nin kefinə soğan doğradı: “İllərdir ki, radikal müxalifət qüvvələrini bəsləyən, onlara donorluq edən beynəlxalq təşkilatlar, xarici ölkələr tələb edirlər ki, seçki prosesində iştirak edib öz güclərini ortaya qoysunlar. Özlərini xarici qüvvələrə ölkənin ana müxalifəti, ən geniş sosial bazası olan siyasi partiya kimi təqdim edənlər çıxılmaz vəziyyətdə qalıblar. Radikallar bütün söyüşcül tərəfdarlarını sosial şəbəkələrdə aktivləşdiriblər ki, ölkədə siyasi gərginlik yaratsınlar. Dövlət xadimləri, polislər bəlli kəsimlər tərəfindən təhqir olunur, onlara qarşı gözdənsalma kampaniyası aparılır. Seçki prosesində bu kampaniyanın daha da güclənəcəyi gözlənilir. AXCP və Milli Şura adlanan dərnəklərin seçkilərlə bağlı düşüncələri sağlam məntiqə söykənmir. Siyasi Partiyalar Haqqında qanuna əsasən siyasi partiyalar seçki prosesində iştirak etməlidirlər. Milli Şurada olan partiyalar heç bir seçkidə iştirak etmirlər. Əsas işləri seçki prosesinə kobud müdaxilələr etmək, mühacir alverilə məşğul olmaqdır. Əslində onlar insan alveri ilə məşğul olurlar. 5 min üzvlük siyahını hazırlayıb Ədliyyə Nazirliyinə təqdim etməyi bacarmayan siyasi partiyalar, əsasən də, AXCP 7 fevral 2024-cü ildə keçiriləcək seçkilərə qatılmamaq üçün bəhanələr axtarışındadırlar. Qeyd edirlər ki, qərar qəfil verilib, onlar seçkiyə hazır deyirlər və s. Əslində bunlar bəhanədir. Hər bir siyasi partiya seçki bitəndən dərhal sonra növbəti seçkilərə hazırlaşmalıdır. Prezident seçkilərilə bağlı verilən qərar bütün siyasi partiyaların təmsilçilərinin ürəyincə olmalı və seçkiyə hazırlaşmalıdırlar.

R.Alıyev bildirdi ki, Milli Şura adlı dərnəyin tərəfdarları yoxdur: “Bilirlər ki, xalq onlara səs verməyəcək. Ona görə də təxribatla məşğul olurlar. Fəaliyyətlərini əsasən sosial şəbəkə üzərində quran AXCP kimi partiyalar başqa heç bir siyasi prosesdə fəallıq göstərmirlər. Onlar donorlarına hesabatlar verməklə məşğuldurlar. Əli Kərimli və tərəfdarları sosial şəbəkələrdə bar-bar bağırırlar ki, erkən seçki qərarı onları qəfil yataqda yaxaladı. Radikal müxalifət sadəcə olaraq seçkilərdə iştirak etmək istəmir. Yaxşı başa düşürlər ki, xalqımız ona qalibiyyəti bəxş edən liderini unuda bilməz. Ona görə də indidən qarayaxma kampaniyasına başlayıblar. Bir sözlə, heç bir sosial bazası və tərəfdarı olmayan siyasi partiyaların çətin günləri başlayır”.