Ramiz Alıyev: “Müxalifət də qoşulmalıdır ki, dünya ictmaiyyəti birlikdə olduğumuzu görsün"

Xankəndi-Laçın yolunda Azərbaycanın vətəndaş cəmiyyətinin, KİV nümayəndələri və könüllülərədn ibarət yüzlərlə vətəndaşın keçirdiyi aksiya 4 gündür ki, davam edir. Əslində bu aksiyanın olacağı gözlənilən idi.

Silaha sarılıb hərb yolu ilə, qanla hər şeyə nail ola biləcək gücdə ordumuz olsa da, Azərbaycan xalqı hər zaman səbrli davranışları ilə seçilib. İndi də Rusiya sülhməramlılarının bölgədən çıxarılması, ərazilərdə monitorinqlərin aparılması üçün bu aksiyalar ilk addımlardır. Yəni hələ ki, düşmənlə “xoş” danışırıq! Əgər tələblərimiz yerinə yetirilməsə, o zaman ordumuz tələblərimizin yerinə yetirilməsi üçün lazım olanları edəcək!

“Azerforum” məlumat verir ki,Politoloq Ramiz Alıyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, aksiyada səsləndirilən bütün fikirlər və qərarlar, şüalar 10 milyonluq deyil, 50 milyonluq Azərbaycanın fikirləridir. KİV nümayəndələri, siyasi partiyalar və vətəndaş cəmiyyətinin üzvləri öz dövlətinin, hökümətinin və Ali Baş Komandanının yanında olduqlarını sübut edir. Onun bütün fikirlərini dəsəkləyir və yumruq kimi onun ətrafında sıx birləşib. Bu səbəbdən də keçirilən aksiyaların səbəbi məlumdur.

“Bilirsiniz ki, həmin ərazilərdə yerləşdirilmiş Rusiya sülhməramlıları orada monitorinq keçirmək istəyən aidiyyəti qurumların fəaliyyətinə mane olub, öz vətəninə keçməsinə mane olmuşdu. Bu etirazlarla biz sülhməramlılara öz mövqeyimizi göstərmiş olduq. 10 noyabr üçtərəfli bəyanatda olan 6-cı maddəni qeyd edirlər. Bu maddədə Xankəndidə yaşayanların sərbəst şəkildə Ermənistana gedib-gəlməsi üçün şərait yaradılması göstərilmişdi.

Amma elə həmin bəyanatın 9-cu maddəsində Zəngəzur dəhlizinin açılması yer almışdı. Amma bu gün Ermənistan həmin dəhlizin açılmasına maneə yaradır Süni əngəllər törədir”,- deyən politoloq vurğulayıb ki, aksiyalar davam etməlidir.  Ramiz Alıyev hesab edir ki, digər ictimai-siyasi təşkilatlar, siyasi partiyalar, xüsusilə müxalifət yönümlü siyasi partiyalar da bu aksiyalara qoşulmalıdır. "Müxalif partiyalar ona görə qoşulmalıdır ki, dünya ictmaiyyəti görsün, biz birlikdəyik və bu məsələdə dövlətimizin yanındayıq. Biz öz torpaqlarımızda ekoloji terrorun əleyhinəyik və ona əngəl yaradacağıq . Dünya dövlətləri və beynəlxalq təşkilatlar bütün dövrlərdə ekoloji terrora qarşı çıxdıqlarını bildirirlər. Ekologiyanın çirkləndirilməsinə qarşı çağırışlar edirlər. Biz də bu gün həmin təşəbbüsdən çıxış edərək, ekoloji terrorun qarşısının alınmasına çalışırıq. Və ekoloji terrorun üzə çıxarılması üçün dövət orqanlarının həmin ərazilərdə monitorinqlərinin keçirilməsinə şərait yaradılmasını tələb edirik”,- deyə R. Alıyev bildirib.