Rəisi yeni təhsil naziri təyin etdi

Rza Murad Səhrayini İranın yeni təhsil naziri təyin edilib.

Sabahinfo.az xəbər verir ki, bu barədə Prezident İbrahim Rəisinin təqdimatını İran parlamenti təqdiqləyib.

Qeyd edək ki, İranın keçmiş təhsil naziri Yusif Nuri müəllimlərin maaşlarının ödənilməsinin təxirə salınması ilə bağlı məsələlərə görə aprel ayında tutduğu vəzifədən uzaqlaşdırılmışdı.