Özbəkistanla Azərbaycan arasında münasibətlər tarixən möhkəm olub. Bu münasibətlər indi yeni bir mərhələdə daha da möhkəmlənməkdədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin son iki ildə Özbəkistana beş səfəri də bunun təzahürüdür. Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Özbəkistana növbəti rəsmi səfəri ikitərəfli münasibətlərin dönməzliyinin təsdiqidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev avqustun 23-də Özbəkistana rəsmi səfərində mətbuata verdiyi bəynatda qeyd etdi ki, Azərbaycanla Özbəkistanın rəsmən müttəfiq olması tarixi hadisədir. Müttəfiqlik münasibətləri haqqında müqavilə iki ölkənin imzalaya biləcəyi ən yüksək beynəlxalq sənəddir. İki qardaş xalq, iki müstəqil, güclü, suveren, nüfuzlu dövlət rəsmi müttəfiq oldular. Bu, çox mühüm xarici siyasət addımıdır və gələcək illərdə bizim münasibətlərimizi, həmçinin bir çox hallarda regional siyasəti müəyyən edəcək.
İkinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun tarxixi Zəfəri ilə başa çatdı. İşğaldan azad edilmiş ərazilərdə quruculuq işlərində Azərbaycana dəstək olan dövlətlərdən biri də Özbəkistan oldu. Ölkə başçımız bu faktı da diqqətə çatdırdı: “Bir il əvvəl, avqustun 23-də biz Füzulidə Mirzə Uluqbəy adına 960 şagird üçün nəzərdə tutulan və münasibətlərimizin rəmzi olan, özbək qardaşlarımızın gözəl münasibətlərinin simvoluna çevrilən, həmçinin Şavkat Miromonoviçin Özbəkistanda həyata keçirdiyi standartlara uyğun məktəbin açılışı oldu”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Özbəkistanda işgüzar dairələrin nümayəndələri ilə görüşündə çıxışında 20 istiqamət üzrə irəli sürülmüş yeni təşəbbüslərin əməkdaşlıq əlaqələrini daha da zəngin edəcəyini, Özbəkistanla Azərbaycan arasında mövcud olan ən yaxşı siyasi konyunktura heç bir yerdə mövcud olmadığını. ona görə də bunun iş adamlarımızı birlikdə işləməyə, birgə investisiya qoymağa sövq edən ən vacib amillərdən biri olacağıını və s. xatırladıb.
Avqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycanla Özbəkistan arasında “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”, “Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının birinci iclasının Qərarı”, “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə Özbəkistan Respublikasının Ekologiya, Ətraf Mühitin Mühafizəsi və İqlim Dəyişikliyi Nazirliyi yanında Turizm Komitəsi arasında 2024-2026-cı illər üzrə turizm sahəsində Fəaliyyət Planı” və s. kimi sənədlər imzalandı.
Bu rəsmi səfər iki ölkə arasında münasibətlər tarixində əhəmiyyətli olacaq...
Səbinə XASAYEVA,
VI çağırış Milli Məclisin deputatı