"Revanşistlərə "nəfəs verilməsi" siyasi məsuliyyətsizlikdir" - Nazir

“Belə həssas bir məqamda, kövrək sülhün əldə edilməsi şansı varkən əsassız iddialar səsləndirilərək revanşistlərə “nəfəs verilməsi” siyasi məsuliyyətsizlikdir. Bunu başqa cür adlandırmaq çətindir”.

Sabahinfo.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Real TV”yə müsahibəsində deyib.

O bildirib ki, müxtəlif ölkələrin ikili standartları adətən həmin ölkələrdəki seçkilər ərəfəsində özünü büruzə verir. C.Bayramov vurğulayıb ki, həm Fransada, həm ABŞ-da, çox böyük erməni lobbisi var.

“Onlar seçki prosesləri zamanı kampaniyaları dəstəkləyirlər. Dünyada baş verən bu proseslər siyasətin realıqlarıdır. Biz təmkinli olmalıyıq. Bizim heç bir illuziyamız yoxdur. Ancaq sözümüzü deyəcəyik”, - XİN başçısı bildirib.