Reyestrə düşməyən media subyektlərinə XƏBƏRDARLIQ: Fəaliyyətlərinin dayandırılması...

"Düşünmürəm ki, media subyektlərinin reyestrə müraciət etməsi üçün az müddət qalıb".

Sabahinfo.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bu gün Agentliyin 2022-ci ilin yekunlarına dair hesabat konfransında deyib.

Ə.İsmayılov bildirib ki, hələ xeyli vaxt var.:

Onun sözlərinə görə, məqsəd media subyektlərinin özlərini bəyan etməkləridirsə, bu müddət ərzində edə bilərlər.

Əhməd İsmayılov onu da vurğuayıb ki, Media Reyestrində qeydiyyatdan keçməyən media subyektləri məhkəməyə veriləcək: "Onların fəaliyyətini davam etdirməsi, yaxud dayandırılması məhkəmə qərarı əsasında təmin olunacaq".(bakivaxtı.az)