Ronaldonun yeni klubu bəlli oldu

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldonun yeni komandası məlum olub.

Sabahinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqal futbolçu Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu ilə 2,5 illik müqaviləyə qol çəkib.

Qeyd edilir ki, müqavilə 2023-cü ilin 1 yanvar tarixindən qüvvəyə minəcək.

Ronaldonun  illik 200 milyon avro, ümumilikdə isə 500 milyon avro qazanacağı bildirilir. 

Qeyd edək ki, Kriştianu Ronaldonun son klubu İngiltərə "Mançester Yunayted"i olub.