Rövnəq Abdullayevin səhhətində problem yarandı - İclas təxirə salındı

AFFA prezidenti Rövnəq Abdullayevin səhhətində problem yaranıb.

Bu barədə Sabahinfo.az-a qurumun mətbuat xidmətindən məlumat verilib.

Bu səbəblə AFFA-nın İcraiyyə Komitəsinin yanvarın 11-də Gəncədə keçirilməli olan iclası təxirə salınıb.

Həmçinin, Gəncədə futbol akademiyasının açılışı da ləğv olunub.