Rus məmura sui-qəsd hazırlayan casus saxlanıldı

Voronejdə Rusiya Silahlı Qüvvələrinin yüksək rütbəli zabitinin qətlini hazırlayan Ukrayna xüsusi xidmət orqanlarının agenti saxlanılıb.

Sabahinfo.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb. 

"Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə Voronejdə yüksək rütbəli hərbi qulluqçuya qarşı təxribat və terror aktının hazırlanmasında iştirak edən 1995-ci il təvəllüdlü Ukrayna vətəndaşının qanunsuz fəaliyyətinin qarşısını alıb",  - məlumatda deyilir.