Rusiya ağır zərbə robotunun sınaqlarına başlayıb

Aprel ayından etibarən Rusiya “T-72” döyüş tankının bazasında yaradılmış “Şturm” ağır zərbə robotunun sınaqlarına başlayacaq.

Bildirilir ki, təlimlər döyüş atışları ilə başlayacaq.

Məlumatda həmçinin qeyd olunur ki, robot Rusiya Federasiyasının ən böyük maşın istehsalı zavodu “Uralvaqonzavod”da hazırlanıb.

“Uralvaqonzavod” Rusiyanın ən böyük elmi və sənaye mərkəzlərindən biridir.