Rusiya Daxili İşlər Nazirliyi ukraynalı teleaparıcını axtarışa verdi

Rusiya Federasiyası Daxili İşlər Nazirliyi ukraynalı teleaparıcı Yanina Sokolovanı axtarışa verib. Bu barədə informasiya nazirliyin məlumat bazasında əksini tapıb.

Ehtimal olunur ki, Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları Sokolovanın bir sıra Rusiya əleyhinə ifadələrinə diqqət yetiriblər. Eyni zamanda teleaparıcının hansı maddə üzrə axtarışa verildiyi də açıqlanmayıb.

Qeyd edək ki, Yanina Sokolova “Rosfinmonitorinq” tərəfindən terrorçular və ekstremistlər reyestrinə daxil edilib.