“Rusiya-Ukrayna müharibəsində üçüncü tərəfdə olan ölkələr qalib olacaq”

“Rusiya-Ukrayna müharibəsində bu ölkələrdən hansısa birinin qalib olmasını gözləmək sadəlövlükdür”. "Azerforum" xəbər verir ki, bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Ramiz Alıyev deyib. Politoloq hesab edir ki, hər iki ölkə artıq bunu anlayıb: 

“Çünki hər iki ölkə bu müharibədə gözləmədikləri süprizlərlə qarşılaşdılar. Rusiya müharibəyə başlamazdan öncə hesab edirdi ki, asanlıqla və qısa zamanda öz istəyinə nail olacaq, Ukrayna da əmin idi ki, tərəfdaş dediyi ölkələr vaxtında onlara lazımı hərbi dəstəyi verəcək. Ancaq gördüyümüz kimi, hər iki gözlənti özünü doğrultmadı və artıq aylarladır ki, günahsız insanlar, uşaqlar, qocalar bu amansız müharibənin qurbanlarıdır. Hesab edirəm ki, bu müharibədə tərəflər deyil, üçüncü tərəfdə olan ölkələr qalib olacaq”. 
“Azərbaycan BMT və digər aidiyyatı Beynəlxalq Təşkilatlar tərəfindən tanınan ölkələrin ərazilərinə iddia etmir və hər zaman yalnız BMT tərəfindən qəbul edilmiş öz ərazilərinin bərpasını tələb etmişdir. Ancaq 30 ilə yaxın bir tarixdə təəssüflər olsun ki, nə beynəlxaq təşkilatlar, nə də güc sahibi olan dövlətlər BMT-nin ərazi bütövlüyümüzlə bağlı vermiş olduğu qətnamələrin həllinə dəstək olmadılar. Sonda Müzəffər Ali Baş Komandanımızın “”dəmir yumruğ”u, ordumuzun gücü, xalqımızın birliyi nəticəsində öz tarixi torpaqlarımızı düşməndən azad edə bildik”. 

Politoloqun sözlərinə görə, hələki hadisələri qabaqlamaq və proqnoz vermək çətinidir:

“Təbii ki, Rusiyanın parçalanacağını və onun ərazisində olan ölkələrin də müstəqil olacağını söyləmək çətindir. Ancaq, əlbəttə bizim hər birimizin arzusudur ki, bizə qardaş olan xalqlar ən yüksək səviyyədə və arzuladıqları şəraitdə yaşasınlar. Biz həm xalq olaraq, həm də dövlət olaraq heç bir ölkənin daxili işlərinə qarışmırıq və elə bir fikrimiz də yoxdur. Biz bütün ölkələr və xalqlarla münasibətlərimizi bir-birinin daxili işlərinə qarışmamaq və qarşılıqlı hörmət əsasında qurmuşuq. Eyni ilə qardaş Türkiyə Respublikası da bütün ölkələrlə və xalqlarla bu münasibətdə əməkdaşlıq edir”.