Rusiya Ukraynanın altı PUA-sını məhv etdi

Rusiya ordusu gün ərzində Ukraynaya məxsus 6 pilotsuz uçuş aparatını (PUA) məhv edib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü, general-mayor İqor Konaşenkov deyib.

O bildirib ki, məhv edilən PUA-lardan biri də Xarkov yaxınlığında vurulan “Bayraqdar TB-2”-dir.