Rusiya "Xəncər"lə min km uzaqlıqdakı obyekti vurdu

“Xəncər” (Kinjal) hipersəs raketi ilə Ukraynadakı arsenalın vurulması əməliyyatı 1000 km uzaqlıqdakı məsafədən icra edilib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü, general-mayor İqor Konaşenkov deyib.

“Kinjal” hipersəs aeroballistik raket kompleksinin tətbiqinin 1000 km uzaqlıqdan həyata keçirildiyinə diqqət çəkmək istərdim. Raketin uçuş müddəti 10 dəqiqə davam edib”, - deyə MN sözçüsü bildirib.

Qeyd edək ki, Rusiya ordusu ötən iki gün ərzində Ukraynadakı hərbi əməliyyatlarda “Xəncər” hipersəs raketlərindən istifadə etməyə başlayıb.