Rusiya Yaponiya ilə sülh danışıqlarından imtina etdi

Rəsmi Moskva mübahisəli adalar üzrə Yaponiya ilə sülh danışıqlarından imtina edib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

İmtinaya səbəb kimi Tokionun Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar göstərilib.