Rusiya yüksək dəqiqlikli silahlarla zərbələr endirdi

Rusiya ordusu yüksək dəqiqlikli silahlarla Ukrayna silahlı qüvvələrinə məxsus hərbi obyektlərə zərbələr endirib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü, general-mayor İqor Konaşenkov deyib.

“Martın 22-də Ukrayna hərbi obyektlərinə havadan və dənizdən yüksək dəqiqlikli uzaqmənzilli silahlardan atəş açılıb. Lisiçansk (Luqansk vilayəti - red.) və Kramatorsk (Donetsk vilayəti - red.) yaşayış məntəqələrində Ukrayna qoşunlarının iri yanacaq-sürtkü materialları anbarları dağıdılıb”, - o bildirib.