Rusiyada meymunçiçəyinə ikinci yoluxma halı aşkarlanıb

Rusiyada ikinci meymunçiçəyinə yoluxma halı aşkar edilib.

Bu barədə Rospotrebnadzorun Sankt-Peterburq departamentindən bildirilib.

Məlumata görə, yoluxmuş şəxs xəstəxanaya yerləşdirilib və infeksiyanın yayılması təhlükəsinin qarşısı alınıb.

“Xəstə yoluxucu profilli tibbi müəssisəyə xarakterik əlamətlərlə yerləşdirilib. Onun həyatı üçün heç bir təhlükə yoxdur”, - departamentdən vurğulanıb.

Rospotrebnadzor həmçinin bildirib ki, xəstənin təmas dairəsi müəyyən edilib, onlar həkim nəzarətindədir.

Qeyd olunub ki, xəstəlik Avropa səfərindən qayıdan kişidə aşkarlanıb.

Xatırladaq ki, iyulun 12-də Rospotrebnadzor Rusiyada ilk meymçiçəyinə yoluxma halının aşkar edildiyini, xəstənin Portuqaliyadan qayıtdığını bildirib. Həmin şəxs xəstəliyi yüngül formada keçirib və artıq evə buraxılıb.