Rusiyada yeni səfərbərlik: 700 min insan çağırılacaq

Rusiyada yeni səfərbərlik dalğası yerli seçkilərdən sonra sentyabrın üçüncü ongünlüyündə başlayacaq. Onlar ümumilikdə yeddi milyona qədər çağırış paylamağı, 700 minə yaxın insanı səfərbər etməyi planlaşdırırlar.

Sabahinfo.az xəbər verir ki, bu sözləri politoloq Valeri Solovey deyib.

Politoloqun sözlərinə görə, Rusiya cəmiyyətində təzyiq arta bilər:

“Burada təkcə səfərbərlik yox, inflyasiya faktoru da var. Digər amillər arasında hər şeydən çox yorğunluq və perspektivin olmaması gəlir. Ancaq ən önəmlisi siyasi böhrandır. Çünki elitalar istəsələr, bütün bu potensial böhran faktorlarını asanlıqla faktiki iğtişaşlar formasına çevirə bilərlər. Bir-iki texnokrat nazirin Milli Qvardiyanın, polisin, yaxud başqasının maliyyə dövriyyəsini kəsməsi kifayətdir. Bunları etmək texniki cəhətdən olduqca asandır. Bəs o zaman ölkənin taleyi necə olacaq?”