Rusiyanın başlatdığı müharibənin yeni fazası: Bayden liderləri təcili toplayır

ABŞ Prezidenti Co Bayden bu gün bir sıra Avropa liderləri, o cümlədən Kanada prezidenti ilə görüşəcək.

Liderlər Rusiyanın başlatdığı müharibənin növbəti fazasını müzakirə edəcəklər.

Qeyd olunur ki, ABŞ Prezidenti Fransa, Almaniya, Böyük Britaniya, Kanada, İtaliya, Polşa və Rumıniya prezidentləri ilə müzakirə aparacaq.

Görüşdə həmçinin NATO Baş katibi Yens Stoltenberq, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Aİ Şurasının prezidenti Şarl Mişel də iştirak edəcək.