Rusiyanın daha bir generalı müharibədə ÖLDÜRÜLDÜ

Ukraynanın işğal altında olan Berdyansk bölgəsində rus general-leytenantı Oleh Tsokov məhv edilib. 

Sabahinfo.az xəbər verir ki,  bu barədə Ukrayna KİV-ləri məlumat yayıb. 

"Bu gün Berdyansk vilayətində rusiyalı general-leytenant Oleh Yuriyoviç Tsokov məhv edilib”, - məlumatda deyilir.  

Bildirilir ki, bundan əvvəl general 2022-ci ilin sentyabrında döyüşdə yaralanıb, lakin sağ qalıb.