Saakaşvilinin xəstəxanadan yeni görüntüləri yayılıb - VİDEO

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin müalicə aldığı klinikadan yeni görüntüləri yayılıb.

Görüntülər hazırda həbsdə olan siyasətçinin rəsmi “Facebook” səhifəsinə yerləşdirilib.

Xəstəxananın müşahidə kameraları vasitəsilə çəkilmiş kadrlarda Saakaşvilinin hərəkət etməyə çətinlik çəkdiyi və müvazinətini itirərək yıxıldığı əks olunub.