Saatlıda tədbir

22 avqust 2023-cü il tarixdə Saatlı Rayon İcra Hakimiyyətində, Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi“və Qadın və Uşaqların İnnovativ Maarifləndirilməsinə Dəstək” İctimai Birliyin təşkilatçılığı ilə “Sağlam həyata təminat” narkomaniyaya qarşı mübarizə tədbirlərinin təşkili layihəsi üzrə təlim keçirilmişdir. Təlimdə rayonun idarə, təşkilat və müəssisələrində çalışan 40 nəfər əməkdaş iştirak etmişdir. Tədbirin sonunda təlim iştirakçılarına İctimai Birliyin Sertifikatları təqdim olunmuşdur. İctimai Birliyinin sədri Aynur xanım Zülfüqarova və digər təlimçilər sağlam yaşam tərzi, gənclərin və uşaqların narkomaniya və zərərli vərdişlərdən qorunması, bu bəlaya düçar olmuş şəxslərin müalicə və cəmiyyətə reabilitasiyası yolları haqqında geniş məlumat verdilər.