Sabirabad rayon sakini Orxan Hüseynovla bağlı nazirə müraciət olundu

Sabirabad rayon sakini Orxan Hüseynov vətəndaşları aldatmaqla məşğuldur. Sort cücə satmaq adı altında ona müraciət edən vətəndaşları aldadan Orxan Hüseynov müxtəlif bəhanələrlə ona verilən vəsaitləri geri qaytarmamaqla yanaşı malın zamanında təmin edlməsini də reallaşdıra bilmir. Saytımıza daxil olan məlumata görə, sosial şəbəkə vasitəsi ilə onunla əlaqə yaradan vətəndaşlar beh kimi verdikləri pulları geri ala bilmir. 

Sabahinfo.az saytı olaraq Daxili İşlər Naziri cənab Vilayət Eyvazovdan xahiş edirik ki, bu məsələ ilə bağlı ölçü götürülməsi üçün aidiyyatı qurumlara tapşırıq versin. 

Onu da qeyd edək ki, Orxan Hüseynovla bağlı şikayyəti  olan vətəndaşlar saytımıza müraciət edə bilər. 

Vətəndaşlardan xahiş olunur ki, bu şəxsə aldanmasınlar. 

P.S.Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.