Şahin Bağırov baş idarə rəisini yeni vəzifəyə TƏYİN ETDİ - FOTO

Dövlət Gömrük Komitəsində yeni təyinat olub.

"Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri general-leytenant Şahin Bağırov əmr imzalayıb.

Əmrə əsasən, Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi, gömrük xidməti polkovniki Orxan Nuriyev vəzifəsindən azad edilib.

Komitə sədrinin digər əmri ilə, Orxan Nuriyev Gömrük İnzibatçılığı Baş İdarəsinin rəisi təyin edilib.