Şahin Mustafayev və Mger Qriqoryan arasında görüş oldu

Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev ermənistanlı həmkarı Mger Qriqoryanla görüşüb.

Sabahinfo.az xəbər verir ki, onlar iki ölkənin sərhəd bölgəsində bir araya gəliblər.

Eyni zamanda, Dövlət Sərhədinin Delimitasiyası və Sərhəd Təhlükəsizliyi Komissiyasının növbəti, dördüncü iclası keçirilib.

Tərəflər Azərbaycan və Ermənistan liderləri səviyyəsində müxtəlif formatlarda əldə edilmiş razılaşmaları nəzərə alaraq delimitasiya məsələlərinin müzakirəsini davam etdirib, bir sıra təşkilati və prosedur məsələləri nəzərdən keçiriblər.

Ş.Mustafayev və M.Qriqoryan həmçinin komissiyaların növbəti iclasının tarixini və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər.