Şahramanyan Qarabağdan necə çıxdığını AÇIQLADI

Separatçıların sonuncu lideri Samvel Şahramanyan Qarabağdan necə çıxdığını açıqlayıb. 

Sabahinfo.az xəbər verir ki, bu barədə o, Ermənistanın ictimai televiziyasına müsahibəsində bildirib. 

Şahramanyan jurnalistin məsələ ilə bağlı sualına belə cavab verib: "Azərbaycan tərəfi seçici yanaşma nümayiş etdirdi. Bəzi indiki liderlər getdi, keçmiş liderlər həbs olundu. Mən o suala cavab verə bilmərəm ki, niyə Azərbaycan tərəfi belə bir qərar verib. 

Məni helikopterlə apardılar. Mən, müdafiə naziri və iki təhlükəsizlik əməkdaşımı helikopterlə aparmışdıq. Helikopterlə Sisiyaya çatdıq", - deyə Şahramanyan qeyd edib.