Bu gün Nərimanov rayonunda növbəti dəfə vətəndaş qəbulumuzu həyata keçirdik.
Görüşdə iştirak edən yerli sakinlər onları narahat edən məsələlərlə bağlı müraciətlərini səsləndirib. Müraciətlər əsasən, məşğulluq, təhsil və sosial təminat problemləri ilə bağlı olub. Qəbul zamanı qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb.
Vətəndaşların müraciətlərinə həmişə açıq olduğumu və gələcəkdə bu cür görüşlərin davam etdiriləcəyini diqqətə çatdırdım.


