Saraydan dünyaya doğan günəş - REPORTAJ

Azərbaycanda həyata keçirilən sosial siyasət sağlamlıq imkanlarının məhdud olmasına baxmayaraq hər bir fərdi əhatə edir. Bu dəfə dövlətin himayəsində olan, dövlətin diqqət və qayğısı ilə sağlamlıqlarında olan problemlərin fonunda sosial reabilitasiya ilə əhatə olunan uşaqlara yaradılan şəraitlə tanış olmaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində olub oradakı şəraitlə tanış olduq. 

İlk öncə onu qeyd edək ki, bu müəssisə 2010-cu ildə Heydər Əliyev Fondunun dəstəyi ilə yenidən qurulub. Hazırda burada 5-18 yaş arasında 135  uşaq yaşayır. 2022-ci ilin müvafiq dövründə 6 nəfər müəssisəyə daxil olub. Onlardan 4-ü oğlan, 2-si qızdır. Onlar əsasən uşaq serebral iflici, autizm, daun sindromu, fiziki və əqli inkişafdan geriqalma, mərkəzi sinir sisteminin zədələnməsi – ense-folo-patiya, parez kimi xəstəliklərdən əziyyət çəkirlər.
Müəssisənin həyətinə daxil olanda buradakı səliqə səhman göz oxşayır, yaşıllıqların olması, uşalqar üçün əyləncə yerlərinin formalaşdırılması və bunların təmiz sağlanması görülən işlərin keyfiyyət ölçüsünü dəyərləndirməyə əsas verir. 
Müəssisə ilə tanışlıq zamanı diqqətimizi çəkən məqam “müəssisə sakinləri” nin yaradıcı əl işləri oldu. Müxtəlif növ rəsm əsərləri, muncuqdan əl işləri foyedə müəssisəyə gələn qonaqlara təqdim olunur. Müəssisə rəhbəri Pərvanə Səfərova bu əsərlər barəsində danışanda gözləri dolur, daxilində qürur hissinin keçirdiyi aydın sezilirdi. Nədən də olmasın.... Çünki, bu müəssisədə olan uşaqların hamısı ona birağızdan ana deyirlər. Çünki müəssisənin hər bir işçisinin timsalında onlar ana nəvazişi görür, dövlət qayğısını hiss edirlər....
Onu da bildirək ki, müəssisədə Sağlamlıq imkanları məhdud uşaqların funksional çatışmazlıqlarının aradan qaldırılması, onların bacarıqlarının inkişaf etdirilməsi üçün aparılan reabilitasiya işləri beynəxlalq standartlara uyğun olaraq təşkil edilir. Burada olan mütəxəssislər proqramlara uyğun olaraq uşaqlarla mütəmadi olaraq məşğul olur və sözün həqiq mənasında gərgin əməyin fonunda yüksək nəticələr də əldə olunub. Nəticələr barəsində daha sonra danışacayıq. İndi isə burada yarılan şəraitlə bağlı apardığımız qeydləri diqqətinizə çatdırmaq istəyərdik. 
Müəssisənin Tibb otağı ilə tanışılq zamanı məlum oldu ki, burada uşaqlar üçün qanunvericiliyə uyğun olaraq tibbi ləvazimatlar var. Hər birinin istifadə və saxlanma şəraitinə xüsusi diqqət yetirilir. Mətbəxlə tanışlıq zamanı nahara hazırlıq işləri həyata keçirilirdi. Nahara isə iki adda yemək hazırlanırdı. Bununla yanaşı uşaqların qida normalarına uyğun olaraq təbii şirə və digər qidalar masaların üzərinə düzülürdü. P.Səfərova onu da deyir ki, bir sıra uşaqlar yataq xəstəsi olduğu üçün onların yeməkləri bir başa nəzarətçi ilə öz çarpayılarında verilir. Müəssisədə olan uşaqlar gündəlik qida rasionuna uyğun olaraq birinci və ikinci sıra yeməklərlə təmin olunurlar. . P.Səfərova deyir ki, burada olan uşaqlara gün ərzində 4 dəfə yemək verilir. Hər gün iki növ olmaqla verilən yeməklər peşəkar aşpazlar tərəfindən hazırlanır. Yeməkxanaya gəlməkdə çətinliyi olan uşaqların yeməyi yataq korpusuna aparılır. Onlar xüsusi personalın köməyilə öz otaqlarında qidalanır. Uşaqların saxlanma şəraiti ilə tanışlıq zamanı da pal-paltarların yerli-yerində, postellərin təmiz və səliqəli olması diqqətimizdən kənarda qalmadı. Nəzarətçinin dediyinə görə, pastellər gün aşırı yuyulur, uşaqların geyiminə isə xüsusi nəzarət olunur.

Uşaqların inkişafına təkan verən terapiya növləri

Qeyd etdiyimiz kimi müəssisədə olan uşaqların hər birinin fərdi inkişaf planı var. Bu plana uyğun olaraq uşaqlar quruplaşdırılır və quruplara yönəldilir. Aktiv terapiya, oyun terapiyası, ünsiyyət, mətbəx, rəqs, hissiyat otağında keçirilən tədbirlərin hər biri peşəkar kadrlar tərəfindən icra olunur. Artıq öz müsbət nəticələrini də verməkdədir. Balaca Nərgizlə qısa söhbətimiz zamanı bunun əyani şahidi olduq. Nərgiz nitqində müəyyən qüsuru olduğu üçün danışmağa çətinlik çəkir, terapiyaya cəlb olunandan sonra onda ciddi irəliləyişlər meydana gəlib. Əvvəl rəngləri də tanımayan Nərgiz artıq rəngləri tanıyır, müəyyən qədər danışa bilir.
Müəssisədə ən diqqət çəkən məqamlardan biri də buranın sakinləıri tərəfindən hazırlanan "Nağıl otağı”dır. Bu otaqda Azərbaycan xalq nağıllarının motivləri əsasında müxtəlif fraqmentlər hazırlanıb. Eyni zamanda burada teatr qrupu yaradılıb ki, bu qurupda olan uşaqlar öz həmkarlarına tamaşalar göstərirlər. Elə biz müəssisədə olan zaman da Azərbaycan Dövlət Himnini ürəkdən və qüsursuz oxumaları çox təsirli idi.
Müəssisədə daim yeniliklər tətbiq etməyi sevən Pərvaxə Səfərova yeni fəaliyyətə başlamış mətbəx terapiyası barəsində bizə ətraflı məlumat verdi. Qeyd etdi ki, burada uşaqlar özləri üçün şirniyyatlar hazırlayırlar. Sonra nəzarətçinin köməkliyi ilə öz hazırladıqları şirniyyatları axtarıb tapırlar. Beləcə onlarda əqli inkişaf gedir. Özünəxidmət, ünsiyyət bacarıqlarını inkişaf etdirən bu terapiya uşaqların üzləri tərəfindən də xoş qarşılanır. Hər gün özləri böyük maraqla işə başlayırlar.
Onu da bildirək ki, müəssisədə olan uşaqların asudə avxtlarının səmərəli təşkili üçün da addımlar atılır. Onlar Respublikanın əlamətdar bayram günlərində təşkil olunmuş xüsusi bayram tədbirlərində iştirak edirlər.

"Qızıl” oğlan

Uşaqların fiziki hazırlığının yüksəldilməsi üçün ayrıca idman otağı fəaliyət göstərir ki, burada peşəkar müəllim və müasir standartlara cavab verən idman qurğuları var. Hamının sevimlisi Həbib Tağıyev isə idmana olan marağı ilə xüsusi seçilir. Onun dünyanın bir sıra ölkələrində qazandığı medallar isə xüsusi sərgidə nümayiş olunur. Özünün dediyinə görə, dünyanın bir sıra ölkələrində olan idman yarışlarında iştirak edib. Stolüstü tennis yarışlarında qızıl və gümüş medal qazanıb. Hazırda da yeni idman yarışlarına qatılmaq üçün hazırlıqlarını davam etdirir.
Müəssisədə uşaqların sosial reabiltasiyası üçün yaradılan şəraitdə xüsusi metodlar tətbiq olunur. Düzü belə bir metodların tətbiqi olduqca çətin olsa da sonra bu metodlar fiziki qüsurlu uşaqlarda müəyyən hisslərin inkişafına təkan verir. Tətbiq edilən metodlar həm yerli həm də beynəlxalq ekspertlər tərəfindən müsbət qarşılanıb.

Elnarə Həziyeva
SABAHİNFO.AZ saytının şöbə müdiri