Şarl Mişel Nikol Paşinyanla Cənubi Qafqazdakı son durumu müzakirə etdi

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Sabahinfo.az xəbər verir ki, Ş.Mişel bu barədə “X”də yazıb.

Tərəflər Aİ-Ermənistan münasibətlərini və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasını müzakirə ediblər.

“Cənubi Qafqaz üçün sülh, sabitlik və rifah gündəliyi Aİ-nin gündəmində əsas yer tutur”, - Ş.Mişel yazıb.