Şavkat Mirziyoyev yenidən Özbəkistan Prezidenti seçildi - RƏSMİ

Özbəkistanın hazırkı Prezidenti Şavkat Mirziyoyev iyulun 9-da növbədənkənar prezident seçkilərində inamlı qələbə qazanıb.

Sabahinfo.az xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.

Bildirilib ki, Ş. Mirziyoyev 87,05% səs toplayıb.

Qeyd edək ki, ölkə prezidenti 2021-ci il seçkilərində 80,31% səs toplamışdı.