Vətən müharibəsi qazisi Məmmədov Röyal İsgəndər oğlu Səbail Rayon İcra Hakimiyyətindən şikayətçidir.
Sabahinfo.az-ın "Unikal"a istinadən məlumatına görə, R.Məmmədov bildirib ki, o, Şıxov çimərliyində istirahət mərkəzi yaradıb:
"Buraya kreditlə 50 min manat vəsait qoyulub. Obyekt 1 ay idi ki, fəaliyyət göstərirdi. Səbail Rayon İcra Hakimiyyətinin əməkdaşları isə bu gün səhər saatlarında heç bir xəbər vermədən gəlib obyekti dağıdıblar", - deyə şikayətçi qeyd edib.