Səbinə Xasayeva Lökbatan  qəsəbəsində  seçicilərlə görüşüb - FOTO


       12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə Milli Məclisin deputatı Səbinə Xasayeva YAP Qaradağ rayon təşkilatının qərargahinda  seçicilər ilə görüş keçirib.      

       Görüşdə seçicilərin müraciətləri dinlənilib. Seçicilər işə qəbul olunmalarına, müharibə veteranı adının verilməsinə, işsizliyə görə ünvanlı dövlət sosial yardım (ÜDSY) almaq hüququnun təyin edilməsinə, aztəminatlı ailələrin sosial rifah halının yüksəldilməsi məqsədilə özünüməşğulluq proqramına cəlb edilməsilə  bağlı məsələlərdə, şəxsi problemlərinin həll edilməsi üçün  maddi yardım göstərilməsinə, əhali arasında hüquq təbliğatının gücləndirilməsinə, eyni zamanda, onları narahat edən bəzi nöqsan və çatışmazliqların aradan qaldırılmasına köməklik göstərilməsini xahiş ediblər.

       Qəbul zamanı vətəndaşların səsləndirdikləri təklif və şikayətlər araşdırılması və həll edilməsi üçün qeydə alınıb və nəzarətə götürülərək həll edilməsi üçün müvafiq qurumlara göndərilib.

       Seçicilər onlara göstərilən  diqqətə, səmimi qəbula görə minnətdarlıqlarını  ifadə edib, onları narahat edən məsələlərin tezliklə öz həllini  tapacağına əminliklərini bildiriblər.