Səbinə Xasayeva növbəti vətəndaş qəbulunu keçirib

12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə deputat Səbinə Xasayeva Binəqədi rayonun 28 May qəsəbəsində karantin qaydaları və sanitar-gigiyenik normalara uyğun olaraq bir qrup vətəndaşı fərdi qaydada qəbul etmiş, onların problemlərini dinləmişdir.

Qəbulda iştirak edən vətəndaşlardan Əlibala Şahbazov,İlqar Əmirov, Ədalət Bayramov, Eldəniz Behbudov,Hüseyn Hüseynov,Fuad Salmanov,Mustafa Şirinov, Bahadur Əliyev,Cəlal Məmmədov,Qoşqar Qurbanov və İsmayıl Gülverdiyev qəsəbədə məhəllədaxili yolların asfaltlaşdırılmasının və təmir edilməsının başa çatdırılmasının, kanalizasiya sisteminin çəkilməsinin,elektrik cərəyanının verilməsində gərginliyin aşağı düşməsinin qarşısının alınmasının, “Azərsu” ASC-nin işçiləri tərəfindən su borularının təmiri zamanı müxtəlif küçələrdə 40-a yaxın yerdə qazılıb yararsız hala salınmış asfalt örtüyünün yenilənməsinin, qəsəbənin bir hissəsinə mərkəzləşdirilmiş su xəttinin çəkilməsinin başa çatdırılmasının, əvvəllər və yeni tikilmiş fərdi evlərin sənədləşdirilməsinin, tibb məntəqəsinin fəaliyyətinin bərpa edilməsinin, əhalinin məşğulluğu üçün yeni iş yerlərinin açilınasının, əhalinin tələbatna uyğun ət kəsimi mərkəzinin yaradılmasının, təqaüdlərin təyin edilməsində yol verilən qanun pozuntularına və süründüməçiliyə son qoyulmasının, aztəminatlı ailələrin mənzil şəraitinin, sosial təminatının yaxşılaşdırılmasının və digər məsələlərin vacibliyini xüsusi ilə qeyd etmişlər.

Müvafiq qurumlara təqdim etmək məqsədilə vətəndaşların müraciətləri millət vəkili Səbinə xanım Xasayeva tərəfindən nəzarətə götürülüb.

Qəbulda Milli Məclisin deputat köməkçisi Bayram Məmmədov və Binəqədi Rayon İcra Hakimiyyəti başçisinin 28 May qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Fərid Çəfərov iştirak etmişlər.