Seçkilərdə ən yüksək fəallıq Yasamalda qeydə alınıb

Dünən Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin nəticələrinə dair protokolu təsdiqləyib.

Sabahinfo.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının rəsmi saytında yerləşdirilən yekun məlumata əsasən, ən yüksək seçici fəallığı 17 saylı Yasamal üçüncü seçki dairəsində, ikinci ən yüksək seçici fəallığı isə 15 saylı Yasamal birinci seçki dairəsində qeydə alınıb. 

17 saylı Yasamal üçüncü seçki dairəsinin 55 məntəqədəsi üzrə siyahıda cəmi 52 040 seçiçi olub. ⁠Onlardan 46 431 nəfər seçici iştirak edibdir ki, bu da 89,22 faiz edir. ⁠Bu seçicilərin 44445 nəfəri  İlham Əliyev səs verib ki, bu da 96,15 faiz edir. 

15 saylı Yassmal birinci seçki dairəsinin 47 məntəqədəsi üzrə siyahıda cəmi 54 339 seçiçi olub. ⁠Onlardan 47 165 nəfər seçici iştirak edibdir ki, bu da 86,8 faiz edir. ⁠Bu seçicilərin 44 322 nəfəri İlham Əliyevə səs verib ki, bu da 94,8 faiz edir.