"Şəhid ailələrinə maddi və mənəvi dəstək" İctimai Birliyi layihəyə start verdi

"Şəhid ailələrinə maddi və mənəvi dəstək" İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Şəhid ailələri və qazilərin hüquqlarının təmin olunmasında internet resurslarının imkanlarından istifadənin əhəmiyyəti ilə bağlı tədbirlərin təşkiliadlı layihəyə start verib.

Layihə rəhbəri Nəzakət Həsənova deyib ki, 3 ay ərzində həyata keçiriləcək layihə çərçivəsində şəhid ailələri və qazilərinin hüquqlarının təmini istiqamətində internet tv-lərdə 6 verliş hazırlanacaq. Həmin verlişlərin youtube kanalı üzərindən geniş piarı həyata keçiriləcək. Facebok sosial şəbəkəsində olan quruplarda verlişlər ətrafında müzakirələr aparılacaq.

Onun sözlərinə görə, layihənin əsas məqsədi şəhid ailələri və qazilərin hüquqlarının müdafiəsi ilə bağlı görülən işlərin təbliğatının aparılmasında elektron imkanlardan səmərəli istifadə etməkdən ibarətdir: “Layihə çərçivəsində Bakı şəhərində fəaliyyət göstərən internet tv-lərdə 6 ədəd verliş hazırlanacaq. Bu verlişlərin yotube kanalı üzərindən yayımı həyata keçiriləcək. Layihənin hədəf qurupu şəhid ailələri və qazilər olacaq. İlkin olaraq bu istiqamətdə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları ilə müzakirələr aparılacaq. Daha sonra hazırlanan evrlişlərin təbliğatı həyata keçiriləcək ki, verlişlər vasitəsi ilə bu qəbildən olan vətəndaşlarımızın hüquqi maarifləndirilməsi işində vətəndaş cəmiyyətinin rolu artacaq”.