Şəhid Vidadi Zalov dəfn edildi - YENİLƏNİB

Ötən gün Ermənistan silahlı qüvvələrinin Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın istiqamətindəki mövqelərini atəşə tutması nəticəsində şəhid olan hərbçi Vidadi Nizami oğlu Zalov dəfn olunub.

Sabahinfo.az xəbər verir ki, şəhidin nəşi Abşeron rayonunun Saray qəsəbəsindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Vida mərasimində şəhidin yaxınları, hərbçilər, ictimaiyyət nümayəndələri iştirak edib.

 

10:57

Ötən gün Ermənistan tərəfinin təxribatının qarşısını alarkən şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Vidadi Zalovla vida mərasimi başa çatıb.

Sabahinfo.az xəbər verir ki, hazırda şəhidin cənazəsi dəfn edilməsi üçün Saray qəsəbəsində yerləşən Şəhidlər xiyabanına aparılır.

 

10:32

Ermənistan silahlı qüvvələrinin ötən gün törətdikləri təxribatın qarşısını alarkən şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Vidadi Nizami oğlu Zalovun cənazəsi yaşadığı evə gətirilib.

Sabahinfo.az xəbər verir ki, şəhidlə vida mərasimi Saray qəsəbəsində yaşadığı evdə keçirilir. 

Vida mərasimində şəhidimizin ailə üzvləri, yaxınları, Müdafiə Nazirliyinin və Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələri də iştirak edirlər.
 
Şəhidimiz ailəsinin istəyinə uyğun olaraq, V.Zalov Sarayda Şəhidlər qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub. Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun hərbi qulluqçuları Vidadi Nizami oğlu Zalov, Elşad Qabil oğlu Həsənov və Səbuhi  Gündüz oğlu Tağıyev şəhid olublar.