Şəki və Zaqatalada görüş 

İsveçrə Əməkdaşlıq Təşkilatının maliyyə dəstəyi ilə həyata keçirilən Dayanıqlı inkişaf yolunda qadınların iqtisadi gücləndirilməsi və gender bərabərliyinin təşviqi Layihəsi çərçivəsində 24-25 may 2022-ci il tarixdə Şəki və Zaqatalada layihə benefisiarlarının qadın rol modellər və KOBİA ilə  görüşü keçirilmişdir. Görüşdə AQSİA-nın İdarə Heyərətinin sədri Səkinə Babayeva, İsveçrə Əməkdaşlıq Təşkilatının nümayəndələri Zahir Əhmədov, Kaan Bayir, və həmçinin öz biznes uğurlarını benefisiarlar ilə bölüşən biznes qadınları Məhəbbət Ibrahimova, Gulpari Bayramova, Leyla Safarova, Aynur Musayeva,  Ulduz Xanlarova, Sədaqət Akyol və Güllü Məmmədova iştirak etmişdir.