Səlahiyyətli nümayəndə: “Ordubad şəhəri “1 küçə - 1 ölkə” konsepsiya ilə yenidən qurulacaq”

“Ordubad şəhəri “1 küçə - 1 ölkə” konsepsiya ilə yenidən qurulacaq, şəhərdəki tarixi “Sahil” mehmanxanası yenidən inşa olunacaq, “Sərşəhər” məhəlləsi orijinallığı saxlanılmaqla bərpa ediləcək”.

“Report”un yerli bürosunun xəbərinə görə, bunu Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli iyulun 13-də Naxçıvan şəhərində yeni “Ümid” yaşayış kompleksinin istifadəyə verilməsi zamanı sakinlərlə görüşdə deyib.

O bildirib ki, əhalinin nisbətən azgəlirli təbəqəsi üçün iş yerlərinin açılması istiqamətində tədbirlər görüləcək.

Səlahiyyətli nümayəndə Əliabad qəsəbəsində 3000 mənzillik yeni yaşayış kompleksi layihəsinin hazırlandığını və yaxın zamanda bu layihənin icra olunacağını vurğulayıb.