Səlcuq Bayraktar: "Azərbaycanda “Bayraktar”ların kəşfiyyat və müşahidə qabiliyyətini bütün dünya gördü”

“Bayraktar”ların kəşfiyyat və müşahidə qabiliyyətini Azərbaycanda bütün dünya gördü”.

Sabahinfo.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Türkiyənin "Baykar" şirkətinin texniki direktoru Səlcuq Bayraktar deyib.

O bildirib ki, PUA-ların əsas uğuru məhz müşahidə imkanlarıdır.

S.Bayraktarın sözlərinə görə, hazırda bu texnikalardan Ukraynada da geniş istifadə olunur.