Səmayə Məmmədovaya yeni vəzifə verildi

Jurnalist Səmayə Məmmədovaya yeni vəzifə verilib.

Sabahinfo.az xəbər verir ki, o Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri  təyin edilib.

Qeyd edək ki, S.Məmmədova uzun müddət Gənclər və İdman Nazirliyində, daha sonra Bakı Nəqliyyat Agentliyində çalışıb.